Tramp: “ABŞ və İsrail arasında sarsılmaz birlik mövcuddur”

Tramp: “ABŞ və İsrail arasında sarsılmaz birlik mövcuddur”
# 01 mart 2017 04:22 (UTC +04:00)

ABŞ-İsrail ittifaqı sarsılmazdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.

“Mən, İranın ballistik raket proqramını dəstəkləyən təşkilatlar və insanlara qarşı sanksiyalar tətbiq etdim və İsraillə sarsılmaz birliyin mövcud olduğunu bir daha təsdiqlədim”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ fevralın əvvəllərində İrana qarşı yeni sanksiyalar tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR