Bu ilin yanvar ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 900,9 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu göstərici son bir ayda 1,05% artıb. Ötən ilin əvvəli ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 18% artıb.