İş yoldaşları bıçaqlayan şəxslərə hökm oxunub

İş yoldaşları bıçaqlayan şəxslərə hökm oxunub
# 05 dekabr 2017 09:45 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə cəhddə təqsirləndirilən Teyyub Ələsgərov və Eldar Vəlişovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Teyyub Ələsgərov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilən Eldar Vəlişov isə 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Badamdar qəsəbəsində yerləşən kafedə mübahisə zəminində iş yoldaşları Aqil Abdalovu bıçaqlayıblar. Xəstəxanaya çatdırılan A. Abdalovu xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR