Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürülüb

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürülüb
# 31 mart 2017 10:05 (UTC +04:00)

Bu gün səhər Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuş həlak olub.

APA-nın xəbərinə görə, bu barədə SBU-nun saytına məlumat verilib.

Milli Polisin Donetsk vilayəti üzrə İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə Mariupol şəhərinin Mərkəzi rayonunda, yerli vaxtla saat 08:35-də “Maksim” kafe-barının yaxınlığında baş verib. Partladılan avtomobilin “Toyota-Prado” markalı olduğu bildirilir. Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb. Hadisəni Donetsk separatçılarının kəşfiyyat-diversiya qrupunun törətdiyi ehtimal olunur.

“Ukrayna Təhlükəsizlik Xidməti günahkarları tapıb, cəzalandırmaq üçün hər şeyi edəcək. Biz borcumuzu çox tez qaytarırıq”, - deyə SBU rəhbəri Vasili Qritsak bildirib.

Xatırladaq ki, son aylar Donetsk və Luqansk vilayətlərində separatçıların bir neçə tanınmış nümayəndəsi və komandiri qətlə yetirilib. Separatçılar bu hadisələrdə Ukrayna kəşfiyyatını ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR