Qubada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Qubada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 10 iyul 2017 16:12 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF Quba rayonunun Tmiryazev qəsəbəsində işgüzar forum keçirib.

Sahibkarlardan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, həmçinin meyvə-tərəvəz emalı, qablaşdırma materialı istehsalı və meyvəqurutma müəssisələrinin, eləcə də otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR