Bakıda avtoxuliqanlıqla məşğul olan bir nəfər həbs edilib

 Bakıda avtoxuliqanlıqla məşğul olan bir  nəfər həbs edilib
# 09 aprel 2015 09:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA.Bakıda avtoxuliqanlıqla məşğul olan 2 nəfər barəsində tədbir görülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, mart ayının 21-də Nazim Cəfərov idarə etdiyi “Ford” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanan material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 28.03.15-ci il tarixli qərarına əsasən N.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib.

Mart ayının 20-də Rövşən Rəşidov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 21.03.15-ci il tarixli qərarına əsasən R.Rəşidov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR