FHN: Qaradağda orta məktəbdən 560 nəfər təxliyə edilib - YENİLƏNİB

FHN: Qaradağda orta məktəbdən 560 nəfər təxliyə edilib - <span style="color: red;">YENİLƏNİB
# 10 may 2018 13:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda orta məktəbdə yanğın baş verməsi barədə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.

Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəbin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

14.49

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) mayın 10-da saat Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya bildirilib ki, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.

“Məktəbdən şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib. Hadisə araşdırıldıqdan sonra əlavə məlumat veriləcək”, - BŞTİ-nin məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR