Qətər ərəb ölkələrinin blokadasına qarşı 340 mlrd. dollarlıq ehtiyat yaradıb

Qətər ərəb ölkələrinin blokadasına qarşı 340 mlrd. dollarlıq ehtiyat yaradıb
# 10 iyul 2017 07:35 (UTC +04:00)

"Qətər ərəb ölkələrinin diplomatik blokadasından çəkinmir". "APA-Economics" xəbər verir ki, bunu Qətər Milli Bankının rəhbəri Abdulla bin Səud Əl-Tani CNBC telekanalına müsahibəsində bildirib.

"İstənilən şoka davamlılıq nümayiş etdirmək üçün bizim kifayət qədər vəsaitimiz, ehtiyatımız var. Bu isə bizim sistemimizin etibarlılığından xəbər verir", - deyə o bildirib.

Bankir əlavə edib ki, Mərkəzi Bankın 40 mlrd. dollar həcmində valyuta ehtiyatları və 300 mlrd. dollarlıq qızıl ehtiyatları mövcuddur.

Xatırladaq ki, iyun ayında Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Liviya, Maldiv, Mavriki, Qəmər adaları, Mavritaniya Qətəri terrorçuluğa dəstək verməkdə ittiham edib və bu ölkə ilə diplomatik əlaqələri kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR