Təhsil Nazirliyinin funksiyaları artırılıb

Təhsil Nazirliyinin funksiyaları artırılıb
# 01 mart 2019 17:45 (UTC +04:00)

Təhsil Nazirliyi tədris planları və proqramları ilə bərabər, bundan sonra təhsil proqramlarını də təsdiqləyəcək.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Təhsil Nazirliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Əsasnaməyə görə, Təhsil Nazirliyinin funksiyaları sırasına ümumi təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasını həyata keçirmək daxildir. Dəyişikliyə əsasən, dövlət ümumtəhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların sertifikatlaşdırılmasını həyata keçirmək dlə nazirliyin funksiyaları sırasına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR