Braziliyada ildırım vurması nəticəsində 30 nəfər xəsarət alıb

Braziliyada ildırım vurması nəticəsində 30 nəfər xəsarət alıb
# 10 mart 2015 02:04 (UTC +04:00)

Bakı-APA. Braziliyanın paytaxtında ildırım vurması nəticəsində 30-dan çox hərbçi xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, hadisə hərbi qulluqçuların təlimat aldığı anda baş verib. Xəsarət alanlardan 26-sı müxtəlif yanıq xəsarətləri ilə hospitala yerləşdirilib.

Rəsmi məlumata görə, 2014-cü ildə Braziliyada ildırım vurması nəticəsində 98 nəfər ölüb. Mütəxəssislərin hesablamalarına görə, hər il ölkə üzərində 58 milyona yaxın ildırım çaxır. Bu göstəriciyə görə Braziliya dünyada birinci yeri tutur.

Xatırladaq ki, dekabrın sonunda Braziliyanın San Paolo ştatında ildırım vurması nəticəsində 5 nəfər ölmüş, 4 nəfər xəsarət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR