BMT TŞ Suriyaya dair İsveçin kompromisli qətnamə layihəsini qəbul etməyib

BMT TŞ Suriyaya dair İsveçin kompromisli qətnamə layihəsini qəbul etməyib
# 11 aprel 2018 01:41 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Suriyaya dair İsveçin kompromisli qətnamə layihəsini qəbul etməyib. APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) mütəxəssislərinin Suriyanın Duma şəhərinə göndərilməsinə dair qətnamə layihəsi lazımi sayda səs toplamadığından qəbul edilməyib. Sənəd Rusiya daxil olmaqla, 5 ölkə tərəfindən dəstəklənib, 4 ölkə əleyhinə səs verib, daha 6 ölkə isə bitərəf qalıb.

Qeyd edək ki, BMT TŞ bundan əvvəl Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. Rusiya isə, veto hüququndan istifadə edərək, ABŞ-ın qətnaməsini bloklayıb.

Xatırladaq ki, iddialara əsasən, aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahdan istifadə edilib. Nəticədə 70-dək insanın öldüyü ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR