ÜAK-ın yerində yeni diaspor təşkilatı yaradılır - Rusiyanın Azərbaycan Konqresi

ÜAK-ın yerində yeni diaspor təşkilatı yaradılır - Rusiyanın Azərbaycan Konqresi
# 08 fevral 2018 10:43 (UTC +04:00)

Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerində yeni Azərbaycan diaspor təşkilatı yaradılır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni yaradılacaq təşkilatın Rusiya Azərbaycanlıları Konqresi adlandırılması təklif olunur.

Bu, mümkün variantlardan biridir. Rusiyanın 70 regionunda diaspor icması yeni diaspor təşkilatının yaradılması ilə bağlı akademik Fazil Qurbanova müraciət edib. Bundan başqa, müraciət olunub ki, Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək üçün təşəbbüs qrupu yaradılsın. Qərara gəlinib ki, hələlik təşkilat Rusiyanın Azərbaycan Konqresi adlansın.

Eyni zamanda Rusiyadakı bütün Azərbaycan diaspor icmalarında Vladimir Putinə dəstək qərargahı yaradılıb. Bu barədə Vladimir Putinin seçki qərargahına, Ümumrusiya Xalq Cəbhəsinə qərargahın yaradılması barədə müraciət olunub.

Putinin namizədliyinin dəstəklənməsi ilə bağlı yaradılan qərargaha F. Qurbanov rəhbərlik edir. 70 regionun hər birində yaradılan qərargahlara 3 nəfər daxildir. Qərargah “Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir” devizi altında fəaliyyət göstərir. Qərargaha Rusiyada yaşayan tanınmış azərbaycanlılar, incəsənət, mədəniyyət, elm xadimləri daxildirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR