Ekologiya və təbii sərvətlər naziri belaruslu rejissor İqor Bışnyovu qəbul edib

Ekologiya və təbii sərvətlər naziri belaruslu rejissor İqor Bışnyovu qəbul edib
# 28 may 2018 09:59 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib, bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub.

Görüşdə Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR