Qazaxıstanda avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb
# 19 sentyabr 2017 09:13 (UTC +04:00)

Qazaxıstanın Alma-Atı vilayətində “Range Rover” markalı avtomobilin dəvə ilə toqquşması nəticəsində 5 nəfər ölüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə vilayət üzrə Daxili İşlər Departamentinin mətbuat xidməti məlumat yayıb.

Hadisə bu gecə “Qərbi Avropa-Qərbi Çin” yolunda baş verib. 43 yaşlı qadın tərəfindən idarə olunan avtomobil Aydarlı kəndi yaxınlığında dəvə ilə toqquşub. Baş verən qəza zamanı sürücü və 3 sərnişin hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. Sahibinin hələlik müəyyənləşdirilmədiyi dəvə də hadisə yerində tələf olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR