Müəllif hüquqları sahəsində hər bir xidmətə görə haqq alınacaq

Müəllif hüquqları sahəsində hər bir xidmətə görə haqq alınacaq
# 01 mart 2017 10:05 (UTC +04:00)

”Müəlliflik hüquqi ilə bağlı müvafiq qanunvericilikdə dəyişikliklər edilməlidir”.

APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin (publik hüquqi şəxs) sədri Kamran İmanov deyib. O bildirib ki, bu vaxta kimi agentlik dövlət müəssisəsi olaraq sırf dövlət büdcəsindən maliyyələşirdi. İndi isə bütün bunların xidmət kimi olacağını deyən K. İmanov qeyd edib ki, bununla da hər bir xidmətə görə haqq alınacaq: “Ona görə də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi labüddür. Bu dəyişikliklər olmalıdır ki, fəaliyyət üçün əlavə imkanlar yaradılsın. Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxs kimi bu gün də fəaliyyətini davam etdirir. Prezidentin sərəncamı ilə yeni nizamnamə təsdiq olunandan sonra təşkilati-hüquqi formanı dəyişdirəcəyik. Lakin agentliyin adı, gördüyü işlər olduğu kimi qalacaq, sadəcə məsuliyyətimiz bir az da artacaq. Publik hüquqi şəxsin maliyyələşmə mənbələri müxtəlifdir. Bu, dövlət vəsaiti, müəyyən qrantlar və digərləri ola bilər. Publik hüquqi şəxsin adi mərkəzi icra hakimiyyəti orqanından fərqli olaraq əlavə pul qazanmaq və bununla özünü müəyyən qədər maliyyələşdirmək imkanı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR