Türkiyə Mosul əməliyyatına dəstək məqsədilə İraqa hərbi yardım göndərib

Türkiyə Mosul əməliyyatına dəstək məqsədilə İraqa hərbi yardım göndərib
# 03 mart 2015 14:00 (UTC +04:00)

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyəyə məxsus iki ədəd “C-130” hərbi-nəqliyyat təyyarəsi bu gün Bağdad hava limanına enib.

Təyyarələrdə hansı hərbi yükün olduğu açıqlanmayıb. Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı hərbi ləvazimatları İraq Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələrinə təhvil verib.

Türkiyənin İraqdakı səfirliyinin rəsmi açıqlamasında bildirilir: “Türkiyə istər “İŞİD”lə mübarizə üzrə beynəlxalq koalisiya çərçivəsində, istərsə də ikitərəfli çərçivədə dost və qardaş İraq xalqının və hökumətinin terrorla mübarizəsində onlara dəstək verəcək, İraqın birliyi və bütövlüyü, sabitliyi, təhlükəsizliyi və rifahı üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, martın 4-də Türkiyənin müdafiə naziri İsmət Yılmaz İraqa səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR