Göygöldə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib

 Göygöldə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 22 may 2015 14:51 (UTC +04:00)

Göygöl. Azər Məmmədli-APA. Göygöldə rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan tədbir kecirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə “Xan Naxçıvanski dağında sərkərdə yubileyi” adlanan tədbirə Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də qatılıb. Çıxış edənlər deyib ki, bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçən Cəmşid Naxçıvanski Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərilən şücaətlər milli hərb sənəti tarixinə dəyərli töhfələr verib. Ölkədə yüksək ixtisaslı hərbçi kadrların hazırlığı sahəsində əvəzsiz xidmətlər göstərib.

Daha sonra Göygöl rayonunda Xan Naxçıvanski adlanan təpədə xatirə lövhəsinin açılışı olub. Mərasim iştirakçıları görkəmli hərbçi xadimin yubileyinə həsr olunan foto-sənədlər sərgisi ilə tanış olub.


Sonda isə Müdafiə Nazirliyinin mahnı və rəqs ansamblı və Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivləri tərəfindən təşkil olunan teatrlaşdırılmış kütləvi vətənpərvərlik mərasimi keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR