ABŞ Dövlət Departamenti “Narkotiklərə nəzarət üzrə beynəlxalq strategiya - 2015” adlı illik hesabatını açıqlayıb

ABŞ Dövlət Departamenti “Narkotiklərə nəzarət üzrə beynəlxalq strategiya - 2015” adlı illik hesabatını açıqlayıb
# 19 mart 2015 10:01 (UTC +04:00)

APA-nın Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, Azərbaycan Əfqanıstan və İrandan Avropa və Rusiyaya gedən əsas narkotrafik marşrutları üzərində yerləşir: “Azərbaycan son illərdə sərhəd nəzarətini gücləndirmiş Türkiyə kimi qonşu ölkələr vasitəsilə narkotiklərin daşınması üçün də tranzit ölkə ola bilər. Azərbaycan hökuməti Dağlıq Qarabağ və ətraf işğal olunmuş ərazilərdə beynəlxalq sərhədlərin təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı narahatlığını dəfələrlə ifadə edib”.

Sənəddə deyilir ki, Azərbaycanın Daxili İşlər Nazirliyi 2014-cü ilin ilk on ayı ərzində 700 kq narkotik vasitə ələ keçirib: “Bu müddət ərzində 449-u narkotiklərin satışı ilə bağlı olmaqla, 1 743 cinayət işi açılıb. DİN-in açıqlamasına görə, 90 nəfərdən ibarət 27 cinayətkar qrup ifşa olunub. Nazirliyin statistikasına əsasən 2014-cü ilin birinci yarısında 1 252 nəfər bu istiqamətdə məhkum olunub. Onların 91.9 faizi işsizlər, 28.2 faizi əvvəllər məhkum olunmuş şəxslər, 2.6 faizi qadınlardır. Ölkədə narkotik maddələrdən istifadə və narkotik maddələrin becərilməsi çox kiçik miqyasdadır. Narkotiklərdən sui-istifadə halları ilə bağlı hökumət tərəfindən maliyyələşdirilən proqramlar kifayət deyil. Narkoloji mərkəzlərə Azərbaycan daha çox dəstək verməlidir. ABŞ 2014-cü ildə Azərbaycanla əməkdaşlıq edərək, bu ölkənin beynəlxalq narkotik ticarəti təşkilatlarını izləməsinə kömək edib. ABŞ Azərbaycanla olan bu mühüm əməkdaşlığın gələcəkdə də davam edəcəyini düşünür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR