Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb
# 27 aprel 2017 09:15 (UTC +04:00)

Azərbaycanda 1992-2016-cı illərdə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ildə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ildə qeydə alınıb.

APA-nın xəbərinə görə, “Abituriyent” jurnalının 12 sayında qeyd olunub ki, plan yerləri və abituriyentlərin ərizələrinin dinamikasının müqayisəli təhlilə əsasən, 1992-2016-cı illərdə ali məktəblərə qəbul planı 2,47 dəfə, abituriyent ərizələrinin sayı isə 2,22 dəfə artıb.

Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2016-cı ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən çox 2008-ci ildə, ən az isə 1992-ci ildə olub. Ötən illərdə ən aşağı müsabiqə vəziyyəti 2002-ci ildə baş verib. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR