Bakı-2015: Gimnastika yığmamız bürünc medal qazanıb - FOTO - YENİLƏNİB

Bakı-2015: Gimnastika yığmamız bürünc medal qazanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 15 iyun 2015 16:12 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların ikinci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.

26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalıb.

Bu, yığmamızın Oyunlarda 14-cü medalı olub. Bunadək komandamız 6 qızıl, 2 gümüş və 5 bürünc mükafata yiyələnmişdi.

Qeyd edək ki, fərdi yarışda Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Yekunda 88,231 xal toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov isə 69,665 xal yığıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR