ABŞ-da antiterror əməliyyatı zamanı Somali vətəndaşları tutulub

ABŞ-da antiterror əməliyyatı zamanı Somali vətəndaşları tutulub
# 20 aprel 2015 09:14 (UTC +04:00)

Bakı – APA. ABŞ-da antiterror əməliyyatı zamanı 6 nəfər saxlanılıb.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Minnesota və Kaliforniya ştatlarında keçirilən əməliyyatların detalları açıqlanmır.

Bununla belə məlum olub ki, saxlanılanlar arasında Somali vətəndaşları olub.

Onu da bildirək ki, Federal Təhlükəsizlik Xidmətinin San-Diyeqodakı rəsmi nümayəndəsi 6 nəfərin həbs edildiyi barədə xəbəri təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR