Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyul
# 11 iyul 2015 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Amerika generallarının bəyanatlarını Ağ Evə və Konqresə təzyiq kimi də qiymətləndirmək olar. Ölkədə hərbi xərclərin və ordu sıralarının ixtisarı gündəmdədir. Generalları qıcıqlandıran məqam da məhz bu ola bilər.

ABŞ-ın xarici işlər naziri Con Kerrinin Vyanada İranla qərb dövlətləri arasında nüvə anlaşması ilə bağlı aparılan danışıqların indiki mərhələsində belə münasibəti tənqid etməsi başa düşüləndir. Çünki Rusiya BMT TŞ-nın daimi üzvü olan beş dövlətdən biridir və danışıqlarda rəsmi Moskva da nüfuzlu tərəf kimi iştirak edir. Rusiyanın İranla münasibətləri də aydındır. Dəfələrlə "bizim üçün dünyada üç təhlükə var: Rusiya, İŞİD və Ebola" deyən Barak Obamanın sahibi olduğu Ağ Evin "ABŞ-ın Milli Təhlükəsizliyinə prezident komandası cavabdehdir" açıqlaması isə indiki halda onsuz da yaxşı olmayan vəziyyəti daha da gərginləşdirən bu bəyanatları yumşaltmaq məqsədi daşıyır. Yəni Ağ Ev demək istəyir ki, hərbçilərin hərbçi kimi düşünməsi və danışması normaldır.

Əsas söz sahibi biz siyasətçilər və ABŞ-ın qanunverici instansiyalarıdır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR