Marneulinin bir neçə kəndində yanğın olub - FOTO

Marneulinin bir neçə kəndində yanğın olub - <span style="color: red;">FOTO
# 19 iyul 2015 21:18 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. İyulun 19-da Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun bir neçə kəndində yanğın baş verib.

APA-nın Gürcüstan müxbiri hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində heç kim xəsarət almasa da, Marneulinin Yuxarı Saral kəndi yaxınlığında 25 hektara yaxın ərazidə, İmir kəndində isə Marneuli-Şulaveri magistral yolunun kənarı boyu biçilmiş taxıl sahələri yanıb.

Hadisə yerinə Marneulidən yanğınsöndürmə maşınları cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb. Yanğınsöndürənlər alovun Şulaveri elektrik stansiyasına keçməməsi lazımi tədbirlər görüblər. Hazırda təhlükə sovuşub.

Bununla belə, yanğınsöndürən maşınlar ərazidə növbə çəkir.

Marneulinin Qızılhacılı kəndində də əkin sahələri yanıb, xəsarət alan olmayıb.

Yanğının söndürülməmiş atılan siqaret kötüyündən baş verdiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR