Bakıda daha bir yolda təmir işləri sürətləndirilib - FOTOSESSİYA

Bakıda daha bir yolda təmir işləri sürətləndirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 aprel 2015 08:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakının Ziya Bünyadov prospektini Azadlıq prospekti ilə birləşdirən 4 kilometrlik “Baksol” yolu kimi adlanan avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 4 kilometrlik yolun 2,5 kilometri Binəqədi, 1,5 kilometrlik hissəsi isə Nərimanov rayonunun ərazisinə düşür. “Bir həftə öncə başlanan işlərə çirkli torpaqların təmizlənməsi, yol boyu yağış qəbuledicilərinin təmizlənməsi və 11,5 kilometr məsafədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə çıxarılması işləri həyata keçirilir. Hazırda asfalt-beton örtüyünün döşənməsi işləri gedir”, -deyə məlumatda vurğulanıb.

“Azəryolservis”dən bildirilib ki, gündüz saatlarından fərqli olaraq gecə saatlarında nəqliyyatın azlığı nəzərə alınaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən gecə saatlarından səhər saatlarına qədər asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR