"AzSığorta" istirahət mərkəzinə 235 min manat ödəyib

"AzSığorta" istirahət mərkəzinə 235 min manat ödəyib
# 01 iyun 2017 07:44 (UTC +04:00)

"AzSığorta" şirkəti "Əmlakın yanğın və digər əlavə risklərdən sığortası" növü üzrə iri məbləğdə sığorta ödənişini həyata keçirib.


Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Qusar rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində intensiv yağışlar nəticəsində xizək eniş zolağının sürüşməsi hadisəsi baş verib. "AzSığorta" əmlaka dəymiş ziyanı qarşılayaraq 234 856 manat dəyərində ödəniş edib.

Qeyd edək ki, bu ilin fevral və aprel aylarında da "AzSığorta" iri sığorta ödənişləri həyata keçirib. Belə ki, dərman anbarında və yaşayış evində baş verən yanğın nəticəsində əmlaka dəymiş zərərə görə müvafiq olaraq 300 000 və 40 900 manat ödəniş edilib.


"AzSığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona "stabil" proqnozu ilə "B" reytinqini təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR