Balakəndə avtomobil dərəyə aşıb, sürücü yaralanıb - FOTO

Balakəndə avtomobil dərəyə aşıb, sürücü yaralanıb - <span style="color: red;">FOTO
# 13 aprel 2015 06:47 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1984-cü il təvəllüdlü İsgəndər Yusif oğlu Musayev idarə etdiyi “Mercedes” markalı minik avtomobilini yolun kənarındakı dərəyə aşırıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan İsgəndər Musayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dan APA-ya verilən məlumata görə, İsgəndər Musayevin vəziyyəti orta-stabildir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR