Los Anceles Universitetinin kitabxanası ilə Milli Kitabxana arasında memorandum imzalanıb

Los Anceles Universitetinin kitabxanası ilə Milli Kitabxana arasında memorandum imzalanıb
# 10 yanvar 2018 08:45 (UTC +04:00)

Los Anceles Universitetinin (UCLA) kitabxanası və Azərbaycan Milli Kitabxanası (AMK) arasında anlaşma memorandumu imzalanıb. APA-nın məlumatına görə, imzalanma mərasimində çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov AMK ilə UCLA Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını artıracağını qeyd edib.

UCLA Kitabxanasının direktoru Virciniya Stil Azərbaycan Milli Kitabxanasının UCLA kitabxanasının beynəlxalq tərəfdaşlarından birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, əlavə edib ki, Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev UCLA Kitabxanasının Azərbaycan Milli Kitabxanasının ABŞ-da rəsmi əməkdaşlığa başladığı ilk universitet kitabxanası olduğunu deyib.

Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti və uğurlarını əks etdirən qısa film nümayiş etdirilib. Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və UCLA Kitabxanasının direktoru Virciniya Stil imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR