Bakı. Məlahət Nəcəfova – APA. Sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H. Hacıyev bildirib ki, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.
Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək
28 avqust 2015 15:03 (UTC +04:00)
Xarici siyasət
Rusiya Almatıda Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır
14:00
8 may 2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşüb
13:30
8 may 2024
Bolqarıstan Prezidenti Azərbaycanla münasibətlərin daha yüksək səviyyəyə qalxacağına əmindir
13:04
8 may 2024
Radev: Azərbaycanın işlənmiş neft məhsullarından müxtəlif məhsullar hazırlamaqla bağlı təşəbbüsümüz var
13:04
8 may 2024