Alp dağlarında 45 il əvvəl itkin düşmüş 2 alpinistin qalıqları tapılıb

Alp dağlarında 45 il əvvəl itkin düşmüş 2 alpinistin qalıqları tapılıb
# 08 avqust 2015 09:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsveçrədə Alp dağlarında 1970-ci ildə itmiş 2 yapon alpinistin meyiti tapılıb.

APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, qalıqlar dəniz səviyyəsindən 2,8 km hündürlükdə Matterxorn dağlarının ətəyində aşkar edilib.

DNT testi onların 45 il əvvəl itkin düşmüş Miçio Oikava və Masayuki Kobayaşi olduğunu təsdiqləyib.

Qeyd olunur ki, qalıqlar alpinistlərin itkin düşdüyü ehtimal edilən ərazidən çox uzaqda tapılıb. Ekspertlərin fikrincə, onların ölüm səbəbi ekspedisiya ərazisində dağ buzlaqlarının aktiv əriməsi ilə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR