Nazir: "Həyata keçirilən tədbirlər yaxın vaxtlarda dərman vasitələrinin qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək"

Nazir: "Həyata keçirilən tədbirlər yaxın vaxtlarda dərman vasitələrinin qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək"
# 23 iyul 2015 21:24 (UTC +04:00)

Bakı - APA-Economics. "Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcəkdir".

İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə qurumun kollegiya iclasında nazir, kollegiyanın sədri Şahin Mustafayev deyib.

İclasda çıxış edən nazir qeyd edib ki, bu mühüm sosial məsələyə dövlət başçısı xüsusi diqqət göstərir: "Bu sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcəkdir".

Ş. Mustafayev əlavə edib ki, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR