Milli Məclisin üzvü Ankarada qadınlarla bağlı beynəlxalq zirvə görüşünə qatılacaq

 Milli Məclisin üzvü Ankarada qadınlarla bağlı beynəlxalq zirvə görüşünə qatılacaq
# 04 dekabr 2017 15:29 (UTC +04:00)

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “İşdə qadın” mövzusunda keçiriləcək 2-ci Beynəlxalq zirvə görüşündə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq. APA-nın məlumatına görə, Türkiyənin Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qadınların ictimai-siyasi həyatda rolu, onların sosial, iqtisadi sahələrdə fəallığının artırılması məsələləri müzakirə olunacaq.

Deputat Azərbaycanda qadınlara olan münasibət, Azərbaycan qadınlarının müxtəlif sahələrdə əldə etdikləri uğurlar barədə yığıncaq iştirakçılarına məlumat verəcək. Səfər dekabrın 6-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR