SSRİ-nin ilk leqal milyoneri vəfat edib

SSRİ-nin ilk leqal milyoneri vəfat edib
# 23 iyul 2017 13:55 (UTC +04:00)

SSRİ-nin ilk leqal milyoneri Artem Tarasov 67 yaşında vəfat edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Tarasov 1987-ci ildə SSRİ-də ilk kooperativlərdən birini yaradıb və 2 il sonra televiziyada ölkənin ilk leqal milyoneri olduğunu bəyan edib.

A. Tarasov 1990-cı ildə RSFSR-in deputatı seçilib, SSRİ-nin süqutundan sonra Böyük Britaniyaya miqrasiya edib. Daha sonra is Rusiyaya qayıdıb və Dövlət Dumasının ilk çağırışda deputatı seçilib. 1996-cı ildə prezident seçkilərində namizədliyini irəli sürsə də, qeydə alınmayıb. İnnovasiya İnstitutunun direktoru olan A. Tarasov keçən il “Yabloko” Partiyasından deputatlığa namizəd olub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR