Yohannes Han: "Azərbaycanla sazişin əhatə etdiyi sahələri müəyyənləşdirmək üçün zaman lazımdır"

Yohannes Han: "Azərbaycanla sazişin əhatə etdiyi sahələri müəyyənləşdirmək üçün zaman lazımdır"
# 26 oktyabr 2017 16:21 (UTC +04:00)

"Hazırda Azərbaycanla yeni saziş üzrə danışıqlar aparırıq".

APA-nın Estoniyaya ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Avropa İttifaqının Genişləndirmə və Qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Tallində "Şərq Tərəfdaşlığı" biznes sammiti çərçivəsində mətbuatla görüşdə deyib.

Komissar bidirib ki, sazişin əhatə etdiyi sahələri müəyyənləşdirmək üçün zaman lazımdır: "Avropa İttifaqı qanunun aliliyi və bundan irəli gələn məsələləri razılaşmaya daxil etmək istəyir. Bununla bağlı razılıq mövcuddur. Hazırda danışıqlar davam edir. Bunu hələ başa çatdırmamışıq. Əminəm ki, bir neçə ay ərzində buna nail olacağıq. Danışıqların nəticəsi olaraq sənədin adının da necə olacağını müəyyənləşdirməliyik. Anlayırıq ki, razılaşmanın adı da özlüyündə bir mesajdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR