Quba Soyqırımı Kompleksi ziyarət olunur - FOTOSESSİYA

Quba Soyqırımı Kompleksi ziyarət olunur - <span style="color: red;">FOTOSESSİYA
# 31 mart 2015 12:01 (UTC +04:00)

Quba Soyqırımı Memorial Kompleksindən APA-ya verilən məlumata görə, səhər saatlarından etibarən ölkənin müxtəlif rayonlarının və təşkilatlarının nümayəndələri kütləvi məzarlıqda olub. Hazırda soyqırımı qurbanlarını yad etmək üçün əraziyə insanların axını davam edir.

Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri arasında ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR