Biləsuvarda yanğın olub

Biləsuvarda yanğın olub
# 16 mart 2018 12:58 (UTC +04:00)

Biləsuvar rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Amankənd kəndində baş verib.

Ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları 10 m2 sahədə, altına yığılmış 3 ton ot bağlamasının 2 tonu və yaxınlıqda yerləşən, ümumi sahəsi 292 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1 otağında kitab rəfi yanıb. Talvarın, ot bağlamasının qalan hissəsi və ev yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR