Braziliyalı futbolçu “Barselona”ya keçib

Braziliyalı futbolçu “Barselona”ya keçib
# 10 iyul 2017 13:18 (UTC +04:00)

Transfer dönəminin səssiz komandalarından olan “Barselona” heyətinə yeni oyunçu cəlb edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi “Palmeyras”ın yarımmüdafiəçisi Vitinyonu icarəyə götürüb.

Klublar arasındakı anlaşmaya əsasən, 19 yaşlı hücumameyilli futbolçu qarşıdakı mövsümü icarə əsasında “Barsa”da keçirəcək. İspaniya nəhəngi onun çıxışından məmnun qalarsa, 12 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna malik olacaq. Vitinyonun mövsümü “Barselona B”də keçirməsi gözlənilir.

Qeyd edək ki, “Palmeyras”ın yetirməsi olan və tam adı Viktor Uqo Santana Karvalyo olan futbolçu ötən ildən əsas komandada çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR