Kabildə otelə hücum edən silahlılardan 4-ü öldürülüb - YENİLƏNİB

Kabildə otelə hücum edən silahlılardan 4-ü öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 27 may 2015 07:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə özünün “Twitter” səhifəsində Əfqanıstan daxili işlər nazirinin müavini, general Məhəmməd Ayub Salanqi məlumat verib.

Xatırladaq ki, “Kalaşnikov” avtomatları və qumbaraatanlarla silahlanmış talibanlar Əfqanıstan paytaxtının hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda yerləşən mehmanxanaya daxil ola bilmişdilər. Lakin təhlükəsizlik qüvvələri onları binadan çıxarmağa nail olub. Atışma 7 saatdan çox davam edib. Dinc əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ölən yoxdur.

*** *** ***

05.52

Bakı - APA. Əfqanıstanın paytaxtı Kabildə silahlı dəstə şəhərin mərkəzindəki Vəzir Əkbər Xan diplomatik rayonuna hücum edərək otellərdən birini ələ keçiriblər.


APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Rueters” məlumat yayıb.

Qeyd olunan rayonda, əsasən, yerli imkanlı şəxslər və əcnəbilər yaşayır və çalışır. Bu rayonda inzibati binalar, səfirliklər və beynəlxalq aeroport var.

Məlumata görə, hazırda polis və silahlılar arasında şiddətli döyüş davam edir. Hadisənin təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR