Xersonda öldürülən azərbaycanlı iş adamının qətli ilə bağlı keçmiş erməni generalın mühafizəçisi saxlanılıb

Xersonda öldürülən azərbaycanlı iş adamının qətli ilə bağlı keçmiş erməni generalın mühafizəçisi saxlanılıb
# 25 avqust 2015 09:28 (UTC +04:00)

V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, bu Ukrayna vətəndaşı, 22 yaşlı, həmin erməni iş adamı Luqasyanın mühafizəçisi Rostislav Briniskidir.

Xerson şəhər polisi tərəfindən saxlanılan R. Brinisiki ilkin ifadəsində azərbaycanlı iş adamını öldürməyini etiraf etsə də, qətldəki digər yoldaşlarının adını və sifarişçinin kimliyini hələ ki, etiraf etməyib. Hazırda istintaq davam edir.

Qeyd edək ki, əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu isə Xersonda qətlə yetirilib.(Xatırladaq ki, eyni şəhərdə daha bir azərbaycanlı - İlham Tağıyev də öldürülüb). V. Nuruşovun qardaşı İlqar Nuruşov qardaşının şəhərdəki bazarın erməni sahibi, keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər. Bazarın inzibatçılarından birinin telefonu ilə qardaşımı görüşə çağırıb, onu qorxutmaq istəyiblər. Sonradan milis tərəfindən saxlanılan şahidlərdən biri etiraf etdi ki, həmin vaxt qardaşım bunun səbəbi ilə maraqlanmaq istəyəndə üstünə tökülüb, onu döyərək əvvəlcə onurğa sütununu sındırıblar, sonra da boğazını kəsərək öldürüblər. Onlar bunu Luqasyanın sifarişi ilə etdiklərini etiraf ediblər. Luqasyan burada çox tanınmış adamdır və digər biznesmen qardaşı ilə birgə azərbaycanlılara, türklərə nifrəti ilə seçilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR