"Bakı Metropoliteni" ötən ili iri zərərlə başa vurub

"Bakı Metropoliteni" ötən ili iri zərərlə başa vurub
# 10 iyul 2015 11:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bakı Metropoliteni" QSC ötən il 2013-cü il ilə müqayisədə aktivlərini 29,6% artıraraq 2,011 mlrd. manata çatdırıb.

Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən daxil olan maliyyə hesabatında deyilir.

Hesabata əsasən, QSC-nin aktivlərinin 1,918 mlrd. manatı uzunmüddətli, 93 mln. manatı isə qısamüddətlidir.

2014-cü il "Bakı Metropoliteni"nin məcmu kapitalı 1,797 mlrd. manat olub ki, bu da 2013-cü il ilə müqayisədə 18,8% çoxdur.

QSC-nin nizamnamə kapitalı hesabat dövründə 13,1% artaraq 1 mlrd. 999,765 mln. manata çatıb.

Bundan başqa, 2015-ci ilin əvvəlinə "Bakı Metropoliteni"nin öhdəlikləri 213,694 mln. manat olub ki, bu da illik müqayisədə 5,1 dəfə artım deməkdir. Öhdəliklərdən 20,3 mln. manatı uzunmüddətli, 193,4 mln. manatı isə qısamüddətli öhdəliklərdir.

"Bakı metropoliteni" 2014-cü ili 27 mln. 554 min 813 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR