Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində qanvermə aksiyası keçirilib

Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində qanvermə aksiyası keçirilib
# 06 may 2015 13:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində qanvermə aksiyası keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasında Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşları iştirak ediblər.

Qanvermə aksiyasının həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinin Tibb Baş idarəsində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşlarına lazımi şərait yaradılıb. 153 nəfər əməkdaş tərəfindən verilmiş qan zəruri laborator analizlərdən keçirilib və Mərkəzi Qan Bankına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR