AFFA “Rəvan” klubunun hesabından 6 xal silib

AFFA “Rəvan” klubunun hesabından 6 xal silib
# 27 dekabr 2016 10:23 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda FİFA-nın dekabrın 19-da assosiasiyaya ünvanladığı məktub müzakirə olunub.

Ali futbol qurumunun Nizam-İntizam Komitəsinin “Rəvan” haqqında qərar qəbul etdiyini bildirilən sənəddə klubun sabiq futbolçusu Julio Sezar Mendes Moreyra arasında bağlanmış müqavilə şərtlərinə riayət etmədiyi qeyd edilib. Bu üzdən klubun cari mövsüm aktivdən 6 xal silinməsi göstərilmişdi.

İntizam Komitəsi bunu nəzərə alaraq, Azərbaycan birinci divizionunda çıxış edən "Rəvan"ın cari mövsüm aktivindən 6 xal silinməsinə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR