Bu gündən Bakının daha bir küçəsində əsaslı təmir işlərinə başlanılıb - FOTOSESSİYA - VİDEO

Bu gündən Bakının daha bir küçəsində əsaslı təmir işlərinə başlanılıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 14:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində təmir işlərinə başlanılıb.

Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi “Azəyolservis” ASC-nin mətbuat katibliyinin rəisi Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyevin sözlərinə görə, bu küçənin əhəmiyyətliliyi nəzərə alınaraq əsas prospektləri birləşdirdiyi üçün bu küçədə təmir işlərinə başlanılıb.

“Sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa edilən küçədə drenaj sistemi olmadığı üçün yağış suları yol örtüyünün səthində yığılırdı. Bu da yol örtüyünün deformasiyasına və dağılmasına səbəb olub. Bu gündən etibarən həmin yolda təmir işlərinə start verilib”, - deyə qurum rəsmisi bildirib.

P.Mürsəliyev əlavə edib ki, iki gediş, iki gəlişdən ibarət olacaq küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR