Bakıda orta aylıq əmək haqqı səviyyəsi 6% artıb

Bakıda orta aylıq əmək haqqı səviyyəsi 6% artıb
# 01 mart 2018 13:06 (UTC +04:00)

2017-ci ildə Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3881 nəfər artıb.

Bakı şəhər Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da paytaxtda muzdlu işçilərin sayı 698 900 nəfər olub.

2017-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,1% artaraq 785,8 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR