Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib

Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
# 24 fevral 2018 08:28 (UTC +04:00)

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin İdarə Heyətinin üzvləri Samirə Qasımova və Elmir Muxtarov tərəfindən ABŞ Senatının Modeli Konfransı təşkil edilib.

APA-nın xəbərinə görə, konfransa ABŞ-ın Azərbaycandakı səfirliyi sponsorluq edir.

"Nüvə təhdidi: Şimali Koreya" mövzusunda simulyasiya konfransında iştirak etmək üçün çoxsaylı müraciətlər arasından 50 ştatı ( 27 respublikaçı, 22 demokrat, 1 müstəqil) təmsil etmək üçün 50 iştirakçı seçilib.

Seçilmiş iştirakçıların əksəriyyət bakalavr tələbələridir, lakin bir sıra orta məktəb şagirdləri, magistr tələbələri və elmi doktor adını almış şəxslər də konfransda iştirak edirlər. Yaş aralığı 13-dən 48-ə qədərdir.

Təşkilatçılar hər iştirakçıya təmsil etmək üçün bir senator müəyyən ediblər.

Konfrans zamanı iştirakçılar ABŞ senatoru olmağın öhdəliyini hiss edəcək və ölkənin qanunverici sistemini daha yaxşı başa düşəcəklər.

Üç gün ərzində "senatorlar" məruzə sessiyalarına qatılacaq, komitədə qanunvericiliyi müəyyənləşdirəcək, partiya müzakirələrinə qatılacaq, öz ştatlarından olan insanları təmsil edəcəklər.

Konfransın sonunda “senatorlar”ın mövzunun həllinə dair qanun layihəsi qəbul etmələri gözlənilir.

Qeyd edək ki, ABŞ Senat Modeli ( MUSS) ABŞ Senatının qanunvericilik prosesini simulyasiya etmək üçün bir platformadır. Bu, ABŞ-dakı qanunvericilik prosesinə dair iştirakçıların anlayışlarını yaxşılaşdırmaq və onların siyasi iştirakını təşviq etmək üçün proqramdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR