Gürcüstan prezidenti İrakli Qaribaşvilini baş nazir vəzifəsinə təsdiqləyib

Gürcüstan prezidenti İrakli Qaribaşvilini baş nazir vəzifəsinə təsdiqləyib
# 18 noyabr 2013 14:17 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili İrakli Qaribaşvilini rəsmən baş nazir vəzifəsinə təsdiq edib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, İ.Qaribaşvilinin namizədliyi dünən parlament çoxluğu olan “Gürcü arzusu” koalisiyası tərəfindən təqdim olunub.

Yaxın günlərdə İ.Qaribaşvili hökumətin yeni tərkibini təsdiqlənmək üçün parlamentə təqdim etməlidir.

Qeyd edək ki, 31 yaşlı İ.Qaribaşvili Bidzina İvanişvilinin hökumətində daxili işlər naziri postunu tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR