Obama: “İŞİD” ABŞ vətəndaşını girovluqda saxlayır

Obama: “İŞİD” ABŞ vətəndaşını girovluqda saxlayır
# 02 fevral 2015 22:20 (UTC +04:00)

Bakı-APA. “İŞİD” terror qruplaşması ABŞ vətəndaşı olan qadını girovluqda saxlayır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ qadının sərbəst buraxılması üçün bütün mümkün vasitələrdən istifadə edir. Hadisənin təfərrüatı və qadının kimliyi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR