Dövlət Xidməti Kürdəmir və Gəncədə süni qiymət artımının qarşısını alıb

Dövlət Xidməti Kürdəmir və Gəncədə süni qiymət artımının qarşısını alıb
# 05 mart 2015 15:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Kürdəmir şəhəri, H. Əliyev prospekti, ev 50/6 ünvanında Toğrul Məmmədova məxsus marketdə, eləcə də Gəncə şəhəri, Təbriz küçəsində Surxay Rəhimova məxsus “Təbriz” marketdə aparılan yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə, nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR