Xaçmazda orta məktəb şagirdini maşın vuraraq öldürüb - VİDEO

Xaçmazda orta məktəb şagirdini maşın vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 05 noyabr 2014 12:25 (UTC +04:00)

APA-nın şimal bürosunun məlumatına görə, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Mirzə Fətəli Axundov küçəsində 1984-cü il təvəllüdlü Saleh Telman oğlu Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Nəbiyev Məhəmməd Emrus oğlunu vurub. Piyada hadisə yerində ölüb.

M.Nəbiyev orta məktəbin 6-cı sinif şagirdi olub. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR