"Buker" mükafatının uzun siyahısı açıqlanıb
Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"in ("Booker Prize") 2026-cı il üzrə uzun siyahısı açıqlanıb.
APA xəbər verir ki, siyahıya 163 əsər arasından seçilmiş 13 irihəcmli bədii əsər daxil edilib.
"Buker"in münsiflər heyətində kimlər yer alıb?
Mükafatın qaydalarına uyğun olaraq, 2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrınadək olan dövrü əhatə edən əsərlər qiymətləndirilib.
Bu ilki münsiflər heyətinə yazıçı və teleaparıcı Meri Börd rəhbərlik edib. Heyətə həmçinin şair, yazıçı və pedaqoq Raymond Antrobus, musiqiçi və yazıçı Jarvis Cocker, jurnalist və tənqidçi Rebecca Liu, eləcə də Buker Mükafatının əvvəlki qısa siyahı iştirakçısı Patricia Lockvood daxildir.
"Buker"in uzun siyahısında kimlər var?
Uzun siyahıda əvvəlki "Buker qalibləri" Marlon James və Douglas Stuart, eləcə də daha əvvəl qısa siyahıda olmuş Elizabeth Strout da yer alıb. Bundan başqa, siyahıya ilk dəfə düşən 10 müəllif, o cümlədən üç debüt roman müəllifi daxil edilib.
Namizədlər arasında Chloe Aridjisinin “The Shadow of the Object”, Emma Clinenın “Switzy”, Makenna Goodmanın “Helen of Nowhere”, M. John Harrisonun “The End of Everything”, Marlon Jamesin “The Disappearers”, Luke Kennardın “Black Bag”, Kenan Orhanın “The Renovation”, Rebecca Perrinin “May We Feed the King”, Gwendoline Rileynin “The Palm House”, Elizabeth Stroutun “The Things We Never Say”, Douglas Stuartın “John of John”, Djamel Whiteın “All Them Dogs” və Missouri Williamsın “The Vivisectors” əsərləri var.
"Buker"in qalibi nə vaxt və harda elan ediləcək?
Buker Mükafatının qısa siyahısı sentyabrın 22-də Londondakı "Southbank Centre"də keçiriləcək tədbirdə açıqlanacaq. Qalib isə noyabrın 9-da keçiriləcək mərasimdə elan olunacaq.
Qalib müəllif 50 min funt sterlinq, qısa siyahıya düşən müəlliflərin hər biri isə 2 500 funt sterlinq mükafat alacaq.