Bank Of Baku

"Buker" uşaq ədəbiyyatı üçün mükafat təsis edib, qısa siyahı açıqlanıb

"Buker" uşaq ədəbiyyatı üçün mükafat təsis edib, qısa siyahı açıqlanıb
# 24 noyabr 2026 19:12 (UTC +04:00)

"Buker" uşaq ədəbiyyatı üzrə ayrıca mükafat təsis edib.

APA "Buker"in rəsmi səhifəsinə istinadən xəbər verir ki, sözügedən mükafat 2027-ci ildən etibarən hər il təqdim olunacaq və 8-12 yaşlı uşaqlar üçün ən yaxşı müasir bədii əsərləri mükafatlandıracaq.

Mükafatın əsas məqsədi uşaqlar arasında mütaliəyə marağı artırmaq və yeni nəsil oxucuların formalaşmasına töhfə verməkdir.

Uşaq ədəbiyyatı üzrə "Buker" mükafatının 2027-ci il üçün qısa siyahısına 8 əsər daxil edilib.

Qısa siyahıya daxil edilən əsərlər bunlardır:

“The Worst Thing That Could Possibly Happen” – Guy Bass, illüstrator David Roberts;
“Tadpole Summer” – Catherine Bruton;
“War” – Eoin Colfer və Andrew Donkin, illüstrator Giovanni Rigano;
“The Night I Borrowed Time” – Iqbal Hussain;
“The Teller of Tall Tales” – Liz Hyder, illüstrator Tom de Freston;
“The Rambler’s Curse” – Mikey Please;
“Séamus Almost Famous” – Jessica Scott-Whyte, illüstrator Becka Moor;
“Hometown” – Shaun Tan.

Mükafatın qalibi böyüklərdən və uşaqlardan ibarət qarışıq münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qalib əsərin adı 2 fevral 2027-ci ildə Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Xatırladaq ki, 1971-ci ildə uşaq kitabları redaktoru Cudi Teylor "B uker" mükafatının təşkilatçılarına uşaqlar üçün bədii ədəbiyyata ayrıca mükafat verilməsi təklifini göndərib. Bu təklifdən 55 il sonra ideya reallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR